Su təsərrüfatı ilə bağlı BİR SIRA MƏSƏLƏLƏR Nazirlar Kabinetinə təqdim olunub

“Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası”nın təsdiq edilməsi və Azarbaycan Respublikası Nazirlər Kabinetinin "Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları"nın təsdiq edilməsi haqqında" 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarının ləğv edilməsi barədə Azerbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı, "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azarbaycan Respublikasının Qanunu” və "Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunun tətbiqi və "Su təchizatı və tullantı sular haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barada Azarbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli, 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azerbaycan Respublikası Prezidentinin Fərmanı layihələri hazırlanmış, müzakirələr əsasında təkmilləşdirilmiş və aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Nazirlar Kabinetinə təqdim olunub.
Bunu “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Etibar Məmmədov “Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İqtisadi İslahatlar və Müasir Çağırışlar” konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bu layihə "Su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulma üzrə prosedurların siyahısını, reqlamentini, prosedurlardan keçmə prosesini, məsul tərəflərin səlahiyyət və öhdəliklərini" özündə ehtiva edir.
Dövlət parklanma yaratmağa borclu deyil - Şəhəri iflic edən nədir? - VİDEO
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI










