Sükan arxasında musiqi dinləmək niyə təhlükəlidir?

ABŞ-ın Ben-Qurion universitetinin alimləri avtomobil sükanı arxarınsa musiqi dinləməyin yaratdığı təhlükə ilə bağlı araşdırma aparıblar. Avtosfer.az xəbər verir ki, bu barədə fins xarici mətbuata istinadən yaydığı məlumata görə, universitetin nəzdindəki incəsənət şöbəsinə rəhbərlik edən psixologiya professoru Uorren Brodski musiqinin sürücünün emosional vəziyyətinə, diqqət və konsentrasiyasına təsir göstərən amil kimi öyrənilməsinə həsr edilmiş araşdırmasını dərc edib. Araşdırmada bildirilib ki, “avtomobil dünyada yəqin ki, hansısa musiqinin seçilməsi ilə sizi öldürə biləcək yeganə şeydir”.
O, müəyyən edib ki, istənilən musiqi ən güclü emosional həyəcan doğurmağa, sürücünün konsentrasiyanı kəskin surətdə azaltmağa qadirdi: “Musiqi janrı necə olmasından asılı olmayaraq - bu müsbət də ola bilər, mənfi də, fərqi yoxdur - çox güclü emosiyalar yarada bilər ki, buna da imkan vermək olmaz. Güclü nostalji hissləri yaradan musiqi xüsusilə təhlükəlidir. Alim hesab edir ki, bununla mübarizə aparmaq kifayət qədər sadədir- musiqinin böyük emosional təsir yaratmasının ilk əlamətləri yaranan zaman onu cəld dəyişmək lazımdır. Məhz dəyişmək lazımdır, radionu və ya maqnitofonu söndürmək yox.
Bu araşdırma sözügüdənb sahədə ilk deyil. Belə ki, Amerika sığorta şirkəti “Erie Insuranse” müəyyənləşdirib ki, sükan arxasında xəyala dalmaq diqqəti kütləşdirir və bu ölüm halları ilə nəticələnən qəzaların 60%-nin əsas səbəbidir.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










