Sükan arxasında telefonla mesajlaşıb dəqiqələrlə tıxac yaratdı - VİDEO
Gündəm
20 Sentyabr 2023 19:17
Oxunub 5014

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində kobud qayda pozan sürücü avtomobillərin hərəkətinə maneə yaradıb.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə bugün (20 sentyabr) saat 10:21 radələrində qeydə alınıb. Belə ki, 90-AK-099 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı minik vasitəsinin sürücüsü sükan arxasında telefonla mesajlaşaraq zolağı məşğul edib. Tıxaca səbəb olan şəxs siqnal səslərinə məhəl qoymadan dəqiqələrlə yolu zəbt edib. Vəziyyətin dəyişmədiyini görən sürücülər sonda digər zolaqlara keçərək yola davam ediblər.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













