Sülhməramlı ailəsinin Laçın yolundan keçməsinə icazə verildi - VİDEO
Gündəm
19 Dekabr 2022 10:18
Oxunub 868

Rusiya sülhməramlılarından birinin ailə üzvləri avtomobillə Xankəndidən Laçın istiqamətinə hərəkət edib.
Avtosfer.az xəbər verir ki, Laçın yolundakı etirazçılar sülhməramlıların ərazidən keçməsi üçün şərait yaradıblar.
Bu, bir daha onu göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır. Aksiya iştirakçıları buradan bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin - yaşlıların, qadınların, uşaqların da keçidinə eyni şəraiti yarada biləcəklərini bildirirlər. Təəssüf ki, rusiyalı milyarder Ruben Vardanyan onları buraxmır, bura gəlmələrinin qarşısını alır və qəsdən feyk məlumatlar tirajlayır ki, Azərbaycan tərəfi dinc ermənilərə qarşı humanitar böhran yaradır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













