Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində olan yol təmir olunub - VİDEO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində (Daş bazarı) olan yol təmir edilib. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, təmir işləri Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 metrlik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 metrlik məsafəni əhatə edib. Ərazidə aparılan təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb və yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədi ilə iş görülüb.
Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə, təmir işlərinin aparıldığı sahə 17 min kv.m-ə yaxındır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












