"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO

Abşeron rayonunun Masazır kəndində yerləşən 3 nömrəli tam orta məktəbdə şagirdlərdən "summativ pulu" yığıldığı iddia edilir. Bildirilir ki, qiymətlər siniflərə görə dəyişir - aşağı siniflərdən 5 manat, yuxarı siniflərdən isə 10 manat tələb olunur. Avtosfer.az xəbər verir ki, valideynlər və şagirdlər bu praktikanın artıq ənənəyə çevrildiyini bildirirlər. İddialara əsasən, hər tədris ilinin əvvəlində summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə bütün siniflərdən pul yığılır. Əraziyə gedən çəkiliş qrupu valideynlərlə yanaşı, şagirdlərlə də söhbətləşib. Şagirdlərdən bəziləri toplanılan vəsaitdən təngə gəldiklərini deyiblər. Hətta pulu verməyən şagirdlərin müəllimlər tərəfindən təhdid edildiyini iddia edənlər də olub. Məsələ ilə bağlı məktəbin riyaziyyat-informatika müəllimi Vidadi Ədilov iddiaların əsassız olduğunu bildirib. Lakin məktəb rəhbərliyindən mövzu ilə bağlı mövqe öyrənmək mümkün olmayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ










