Sumqayıt-Bakı sərnişin elektrik qatarı ləngiyib - Bu gün səhər

Bu gün səhər saatlarında Sumqayıt-Bakı sərnişin elektrik qatarının hərəkətində ləngimə baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un hadisə yerində olan müxbirinin sözlərinə görə, bu gün saat 08:00-dan Sumqayıt-sərnişin stansiyasından Bakıya doğru hərəkət edən elektrik qatarı dəmir yolunun mərkəzi "Bazarstore"un yaxınlığındakı (H.Əliyev və Babək prospektlərinin kəsişməsindəki körpüdə) hissəsində qəfildən dayanıb. Bakı-sərnişin stansiyasının vağzalına saat 08:42-də çatmalı olan qatar təqribən 30 dəqiqə gözləməli olub.
Hadisə ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi "Report"a bildirib ki, Balakən-Bakı istiqamətində hərəkət edən qatarın təmas xəttində problem yaranıb: "Balakəndən Bakıya gələn qatarın təmas xəttindəki problemlə əlaqədar Sumqayıt qatarının qəbulunda çətinlik yaranıb. Bu qatarın dayandığı hissədə ikinci qatarı qəbul etmək mümkün olmadığı üçün Sumqayıt-Bakı qatarı ləngiməli olub. Artıq Sumqayıtdan gələn qatarları qəbul etmişik. Hərəkət bərpa olunub", - deyə N.Əzməmmədov qeyd edib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












