Sumqayıt-Xırdalan-Bakı qatarlarının sayı artırılır - RƏSMİ AÇIQLAMA
Gündəm
6 Oktyabr 2022 17:28

Sumqayıt-Xırdalan-Bakı istiqamətində yaranmış sərnişin sıxlığının aradan qaldırılması məqsədilə oktyabrın 10-dan Bakı-Gəncə-Bakı marşrutu üzrə hərəkət edən 08:00 qatarı bir reysə istifadə edilməklə saat 07:25-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə təyin edilir. Avtosfer.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. Bu səbəbdən Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət qrafikində dəyişiklik edilir və həmin tarixdən qatar Bakıdan saat 08:00 əvəzinə saat 08:45-də yola düşəcəkdir. Qatarın Gəncədən Bakıya gəlmə saatı mövcud qrafik üzrə qalacaq.
"Hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. Hazırda sərnişin sıxlığını aradan qaldırmaq üçün qatarların hərəkət qrafikində hissəvi dəyişiklik edilir və sərnişinlər bu barədə əlavə məlumatlandırılacaq", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bu gün səhər saatlarında Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olan elektrik qatarının vaqonlarının birində havalandırma sistemində texniki nasazlıq baş verib və onun fəaliyyətində müəyyən fasilələr yaranıb. Mütəxəssislər baş vermiş texniki nasazlığı qısa müddətdə aradan qaldırıb.
Oxunub : 884
DİGƏR XƏBƏRLƏR
11 Mart 2026 00:00
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
10 Mart 2026 21:36
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
10 Mart 2026 19:30
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
10 Mart 2026 18:45
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
10 Mart 2026 15:48
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
10 Mart 2026 14:48
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ
10 Mart 2026 14:18
ABŞ-İsrail qüvvələri açıqladıqlarının əksinə, İranı niyə məğlub edə bilmir? – Ekspertlər ŞƏRH ETDİ
10 Mart 2026 13:36
Prezident pensiyalarla bağlı QANUNA DƏYİŞİKLİK ETDİ
10 Mart 2026 10:11
36 ildir Prezidentin təhlükəsizliyini təmin edir - Bu gün yubileyidir
10 Mart 2026 00:00
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
9 Mart 2026 19:36
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
9 Mart 2026 16:30
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
ŞƏRH YAZ










