Sumqayıt yolunda zolaqdan sonra vəziyyət necədir? - “Əvvəl 2 saata, indi isə yarım saata çatırıq” - VİDEO

Bakı-Sumqayıt yolunda yeni çəkilən avtobus zolağı fərqli reaksiyalara səbəb olub.
Avtosfer.az xəbər verir ki, sürücülər zolağın tətbiqindən narazı qaldıqları halda, sərnişinlər bu yeniliyi müsbət qiymətləndirirlər.
Sürücülərin sözlərinə görə, zolaq onların hərəkətini çətinləşdirib və yolda ciddi tıxaclar yaranıb.
"45 dəqiqədən çoxdur ki, hərəkət edə bilmirik. İşləyə bilmirik, qazandığımızı cərimələrə veririk", - sürücülərdən biri narazılığını bildirib.
Sərnişinlər isə avtobusların hərəkətinin sürətlənməsindən razıdırlar.
"Belə çox rahatdır. Əvvəllər Sumqayıta 2 saata gedirdik, indi isə yarım saata çatırıq", - sakin qeyd edib.
Sürücülərin sözlərinə görə, sözügedən yolda daim tıxac olub. Lakin zolaq sayının azaldılmasından sonra vəziyyət daha da xaotik hal alıb.
Sürücülər həmçinin onu da bildiriblər ki, burada avtobus zolağına ehtiyac yox idi. Çünki avtobusların əksəriyyəti Biləcəri dairəsindən keçməklə hərəkətini davam etdirirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, hazırda ərazidə monitorinqlər aparılır. Qarşıdakı günlərdə isə həmin xətt üzrə avtobusların sayı da artırılacaq.
Daha ətraflı Baku TV-nin videomaterialında:
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA










