Sumqayıt yolundakı qəza zamanı mikroavtobusda olan tələbə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyunun 20-nə təyin edilib.
Məhkəmədə zərərçəkmiş Azadə Mədətzadə ifadə verib. O, sürücünün sürətli sürməsindən heç vaxt şikayətçi olmadığını deyib: "Şikayət və tələbim yoxdur".
Zərərçəkmiş tələbə Xavər Fərzəliyeva da məhkəmədə ifadə verib. O, 3 ildir eyni yolu getdiyini və həmin gün də maşında dərs oxuduğunu deyib: "Maşının sürətli getdiyini bilmirdim. Maşının silkələndiyini gördüm. Qızların qışqırmağını eşitdim. Sonra gözümü xəstəxanada açdım". O, da şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmədə Namiq Hüseynovun vəkili Şirin Atayev hakimdən icazə üçün vaxt istəyib. Başqa prosesi olduğunu deyib. Hakim isə icazə verməyib. Təqsirləndirilən N.Hüseynov isə vəkilindən imtina etdiyini deyib. O, vəkilin məhkəmədə yatdığını deyib: "Mənimlə görüşməsini istədim gəlmədi. Ötən prosesdə də yatmışdı. Mən qəza törətmişəm və cəzasını da çəkəcəm. Siz isə necə vəkilsiniz və məni necə müdafiə edirsiz? Siz də vicdanınız qarşısında cavab verəcəksiniz. Mən vəkildən imtina edirəm".
Vəkil də təqsirləndirilən şəxsi müdafiə etmək istəmədiyini deyib. Hakim tərəflərin tələbini nəzərə almayaraq prosesi davam etdirib.
Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO
Laləlikdə maşın sürmüşdülər, polis saxladı - FOTO - VİDEO
Ağdamda yeni tikilən binaların müasir yeraltı dayanacaqları - VİDEO
Ermənistan Cəbrayıla yol çəkmək istəyirdi, vaxtı çatmadı - Prezident
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTOLAR
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək








