Sumqayıtda ağır yol qəzası törətməkdə təqsirləndirilən şəxsin cəzası azaldılıb

Sumqayıt Apellyasiya Məhkəməsində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Orxan Qəhrəmanlının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Fərmayıl Zeynalının sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, O.Qəhrəmalının apellyasiya şikayəti qismən təmin edilib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, onun 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirib. İttiham aktına əsasən, ötən il avqustun 12-də saat 16:00 radələrində Sumqayıt şəhərində Yardımlı rayon sakini, 1996-cı il təvəllüdlü O.Qəhrəmanlı idarə etdiyi “Hyundai” markalı avtomobili maneəyə vurub. Nəticədə sürücü və sərnişin Hüseyn Əsgərov xəstəxanaya yerləşdiriliblər. Daha sonra H.Əsgərov orada ölüb.
İstintaq araşdırması zamanı məlum olub ki, yol-nəqliyyat hadisəsinin törədilməsində O.Qəhrəmanlı günahkar olub. Onun sürət həddini aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi törədilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Qəhrəmanlı 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini istəyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












