Sumqayıtda avtomobil yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus “HYUNDAI” markalı minik avtomobilində yanğın baş verməsi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobilin mühərrik hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək, digər hissələrinə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.
Sahibkarlar niyə sığortadan qaçır? - Külə dönən milyonlar
Dövlət parklanma yaratmağa borclu deyil - Şəhəri iflic edən nədir? - VİDEO
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ










