Sumqayıtda baş verən partlayış hadisələrinə görə KOMPENSASİYA ödənilməlidirmi?

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Sumqayıtda mənzildə və fərdi evdə baş verən partlayışların sığorta hadisəsi hesab olunduğunu bildirib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ASA-nın rəsmi açıqlamasında deyilir.
Qeyd olunub ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə və Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində baş verən partlayışlar nəticəsində müvafiq əmlaklarda ciddi zərər meydana gəlib.
"Müvafiq əmlakların sığortası varsa, həmin əmlakların sahibləri sığortalandıqları sığorta şirkətlərinə müraciət edə bilərlər. Nəticədə müvafiq hadisə sığorta hadisəsi kimi tanındıqdan sonra ödəniş əldə edə bilərlər.
Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası respublika ərazisində məcburidir və bu sığorta növü üzrə proseslər 2011-ci ildə qəbul edilmiş "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Məlumat üçün bildirək ki, müvafiq qanunvericiliyə əsasən, respublika ərazisində yerləşən yaşayış əmlakları üç qrup üzrə sığortalanır. Belə ki, Bakı şəhərində yerləşən yaşayış əmlakları üzrə sığorta haqqı 50 manat, sığorta təminatı isə 25 min manata qədər, Gəncə, Sumqayıt, Naxçıvan şəhərlərində yerləşən yaşayış əmlakları üzrə sığorta haqqı 40 manat, sığorta təminatı 20 min manata qədər, respublikamızın digər ərazilərində yerləşən yaşayış əmlakları üzrə isə sığorta haqqı 30 manat, sığorta təminatı 15 min manata qədər təşkil edir.
Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq, vətəndaşlarımıza bildirmək istəyirik ki, bu kimi hadisələr gözlənilməzdir və qaçılmazdır. Məhz buna görə də bütün daşınmaz əmlak sahiblərini vaxtında sığortalanmağa çağırırıq", - deyə açıqlamada vurğulanır.
Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
Avtomobillərdə LED işıqlar təhlükə yaradır? – Məsələyə aydınlıq gətirildi
Prezident İlham Əliyev "Körfəz Nobeli"nə layiq görüldü - VİDEO
İcra nümayəndəsinin mal müsadirə etmək səlahiyyəti yoxdur - HÜQUQŞÜNAS
Bakının bu küçələrində hərəkətin təşkili necə dəyişəcək? – EKSPERT AÇIQLADI – VİDEO
Güclü qar Cəlilabad–Yardımlı yolunda hərəkəti çətinləşdirdi – VİDEO
Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur – SİYAHI
Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi - FOTO - VİDEO
Şamaxı, Qazax, Quba yolları risk altındadır: Ekspertdən xəbərdarlıq
Hava soyuyan kimi taksi qiymətləri niyə kəllə-çarxa çıxır? - Ekspertdən AÇIQLAMA
Bakıda skuterlərin düzgün saxlanmamasına kim nəzarət edir?











