"Sumqayıtda bəzi marşrut avtobusları ləğv olunub" - RƏSMİ

Sumqayıt şəhər Yaşıldərə yaşayış massivinin sakinləri 39 nömrəli marşrut avtobuslarının sayının azlığından və intervalının 45-50 dəqiqə olmasından şikayətlənirlər. Bundan əlavə 34 saylı marşrut avtobusunun ləğvi, 6 saylı marşrut avtobusunda çox ciddi gecikmələrin olması ilə əlaqədar redaksiyamıza çoxsaylı şikayətlər daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə xeberle.com məsələ ilə bağlı Sumqayıt şəhər Nəqliyyat Departamentinin rəhbəri Seyfulla Əsədullayev ilə əlaqə saxlayıb. Onun sözlərinə görə yolların xarab olması həmin əraziyə marşrut avtobuslarının girişini əngəlləyir. Buna görə də bəzi marşrut avtobusları ləğv olunub, bəzilərində də gecikmə halları yaşanır. Yolların nə zaman düzəldiləcəyini soruşduqda isə bu barədə heç bir məlumatının olmadığını bildirdi. Sualımızı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayevə yönləndirmək istəsək də, məzuniyyətdə olması ilə əlaqədar məsələ ilə bağlı heç bir məlumat verə bilməyəcəyini dedi. Görünən odur ki, vətəndaşların bu probleminin nə vaxt həll olunacağı bəlli deyil. Məsul şəxslərdə isə bu barədə dəqiq informasiya yoxdur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












