Sumqayıtda borclu kişinin başına oyun açdılar – FOTO

Bir neçə gün əvvəl Sumqayıtda qəribə hadisə baş verib. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto və məlumat paylaşılıb. Qeyd olunur ki, hadisə avqust ayında hərarətin 42-43 dərəcəyə çatdığı bir vaxtda olub. “Bizim məhəlləyə yaxın bir ərazidə yükqaldıran avtomobillər durur. Bir gün şəkildə gördüyünüz avtomobilin ətrafında çoxlu adamların toplaşdığını gördüm. Yaxınlaşanda qaldırıcı kranın zənbil hissəsində bir insan qaldırıldığını gördüm. Səbəbini soruşdum. Dedilər o zənbildəki adamın sürücüyə borcu var, vermədiyi ücün onu qaldırıb ora və deyib ki, zəng elə pulumu gətirsinlər, düşürüm çıx get. Mən günorta oradan keçəndə gördüm ki, o zavallı hələ də göydədir və yaxınları da ətrafında. Soruşdum nə oldu borcu, qaytarmadı? Dedilər yox, sürücüyə zəng çatmır. Axşam marağa bir də baş çəkdim gördüm vəziyyət dəyişməyib və yenə sürücüyə zəng çatmır. Tezdən duran kimi getdim ki, görüm yazıq nə edir. Gördüm adam da, avtomobil də yoxdur. Soruşdum necə oldu. Dedilər tezdən sürücü gəlib deyib ki, “ə ..mən 30 manatın acı deyiləm, hamıya göstərmək istəyirdim ki sən... Çıx get, bir də belə iş görmə”, - deyə sosial şəbəkə istifadəçilərindən biri yazıb. Məsələnin digər maraqlı tərəfi budur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı heç bir tədbir görməyiblər.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










