Sumqayıtda DƏHŞƏTLİ HADİSƏ: ölənlər və yaralı var
Gündəm
6 İyun 2020 22:52
Oxunub 3208
Sumqayıtda kütləvi dava ölümlə nəticələnib.
Avtosfer.az Apa-ya istinadla xəbər verir ki, 1988-ci il təəvəllüdlü Qasımov Zöhrab Vəli oğlu ölüb, onun qardaşı, 1989-cu il təvəllüdlü Qasımov Tofiq isə yaralanıb.
Bıçaq yarasından ölən digər şəxs 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğludur.
Məlumata görə, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayonunda yerləşən parkda olub.
Belə ki, bir neçə nəfər arasında düşən kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Bıçaqlananlardan biri hadisə yerində ölüb. İki nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR