Sumqayıtda gəlin 3 uşağını atıb qaçdı: Əri onu axtarır – FOTO

Sumqayıtda qəribə hadisə baş verib. 11-ci mikrorayon, ev 34, mənzil 68-də yaşayan 1982-ci il təvəllüdlü Əliyeva Bülbül həyat yoldaşını və 3 övladını qoyaraq evi tərk edib. Bu barədə qadının həyat yoldaşı Bəhruz Əliyev Xeberle-yə məlumat verib. O bildirib ki, həyat yoldaşı Bülbül 7 iyulda həkimə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb: "Evdə sənədlərə baxdım, gördüm ki, şəxsiyyət vəsiqəsi evdədir, amma xarici pasportunu götürüb gedib. Bizim rəsmi nikahımız var. 15 ildir ailə həyatı qurmuşuq, aramızda indiyədək heç bir ciddi ailə münaqişəsi baş verməyib”.
B. Əliyev həyat yoldaşı ilə həmin müddətdən sonra heç bir əlaqə yarada bilmədiklərindən Bülbülün yoxa çıxması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Aidiyyəti qurumlardan isə ona araşdırma aparıldığı deyilib.
Bəhruz deyir ki, tanışları vasitəsilə araşdırma aparıb və müəyyən edib ki, həyat yoldaşı həmin gün Bakı vaxtilə saat 14:38-də Azərbaycanı tərk edib və hazırda Ankaradadır. O, hətta Azərbaycanın Türkiyədəki səfirliyinə də müraciət edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












