Sumqayıtda idarədən oğurluq edən dəstə ələ keçdi – FOTO

Bir neçə gün əvvəl Sumqayıt şəhərində yerləşən idarələrdən birinə naməlum şəxslər daxil olaraq oradan 1 ədəd televizor, 1 ədəd fotoaparat, 2 kompüter və 2 ədəd noutbuk oğurlayıblar. Hadisə barədə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) məlumat daxil olan kimi dərhal əməliyyat-istintaq qrupu hadisə yerinə yollanıb və müvafiq əl-barmaq izləri götürülüb. İsti izlərlə keçirilən əməliyyat tədbirləri ilə qeyd edilən cinayətin Sumqayıt şəhər sakinləri – Tural Dəmiroğlu, Teymur Mövsümov, İlkin Nağıyev və Rauf Cəfərov tərəfindən törədildiyi müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində adları qeyd edilən şəxslər saxlanılaraq istintaqa təqdim olunub. Araşdırma zamanı dəstə üzvlərinə idarədən oğurluq etmək təklifinin R.Cəfərov tərəfindən verildiyi məlum olub. O, digərlərinə həmin idarədə yerləşən seyfdə külli miqdarda pul olduğunu bildirib.
Saxlanılan şəxslər idarəyə daxil olandan sonra nə qədər çalışsalar da həmin seyfi aça bilməyiblər. Əvəzində isə onlar ofisdə olan qiymətli əşyaları götürərək hadisə yerindən uzaqlaşıblar.
Qeyd edək ki, saxlanılan zaman T. Dəmiroğlu, T. Mövsümov və İ.Nağıyevin üzərindən ümumilikdə 7 qrama narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
















