Sumqayıtda piyada zolağını rəngləmək əvəzinə başqa xətt çəkdilər - ŞİKAYƏT - FOTO

Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində xoşagəlməz mənzərə yaranıb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Facebook” ünvanına fotoşəkillər göndərib. Görüntülərdən aydın olduğu kimi, sözügedən küçədə silinmiş piyada zolağını yeniləmək əvəzinə üzərinə qırıq xətlər (1.5 nişanlanma xətləri) çəkilib. Lakin zolaq silinsə də ərazidə piyada keçidi nişanı qalıb. Şikayətçinin sözlərinə görə, nəticədə ərazidən keçən sürücülər piyadalara yol vermədən yüksək sürətlə hərəkətlərinə davam edirlər. Bu isə həm sürücülərin, həm də piyadaların həyatını təhlükəyə atır. Eyni zamanda bəzi sürücülər nəqliyyat vasitələrini keçidin üzərində, yaxud yaxınlığında saxlayırlar.
Qeyd edək ki, sözügedən küçə avtomobillərin intensiv hərəkətdə olduğu yoldur və ərazidə yaşayış binaları, park mövcuddur.
Nərmin



Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ













