Sumqayıtda reyd keçirildi - Müvafiq göstərişlər verildi - VİDEO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan müraciətlər əsasında Sumqayıt şəhərinin Sahil küçəsində bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, reyd zamanı “Nicat” restoranı və “Balıqçı” kafesində “dəvə qutabı” adı ilə istehlakçılara təqdim olunan qutabların tərkibindəki ətlərin mənşəyi və təhlükəsizliyi barədə sənədlərinin mövcud olmadığı məlum olub. Bununla da “Qida təhlükəsizliyi haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarının tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliklə müəyyən olunmuş zəruri tədbirlərin görülməsi üçün sahibkarlara müvafiq göstərişlər verilib. Reyd zamanı “Rest Time”, “Diana”, “Santo Mare”, “Sun Set”, “Duyğu”, “Yaxta”, “Gəmi” restoranlarının menyularında “dəvə qutabı” qeyd olunsa da, sahibkarları uzun müddətdir ki, həmin xidmətin dayandırıldığını bildiriblər. Nəzarət tədbirləri davam etdirilir.

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
TƏBİB Bahadur Rzayevə həvalə olundu
Avtomobildə qanunsuz reklama görə cərimə belə olacaq – YENİ QANUN
Maşında telefondan istifadə edənlər kamera ilə cərimə ediləcək - YENİLİK
Azərbaycanda ət bahalaşır: Yerli istehsal niyə tələbatı ödəmir? – AÇIQLAMA
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan paylaşım edib - VİDEO
Türkiyədən gətirilən məhsullar gömrük güzəştlərinə baxmayaraq niyə bahalaşır? – AÇIQLAMA
Bakıda hər il 300-ə yaxın ekoloji təmiz avtobus istismara verilir – EKSPERT - VİDEO
Avtobus sürücülərinin sərnişinlərdən “küsmə”sinin səbəbi nədir? - AÇIQLAMA
Avtomobillə işə gedənlərə PİS XƏBƏR!
Hindistanlı nazirə görə Özbəkistanın XİN başçısı da Bakıya gəldi - POLİTOLOQ












