Banner

Sumqayıtda sərt karantin rejiminin ikinci günü - FOTO/VİDEO

Gündəm 15 İyun 2020 23:31 Oxunub 2192
Sumqayıtda sərt karantin rejiminin ikinci günü - FOTO/VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Sumqayıtda sərt karantin rejiminin ikinci gündür.

Avtosfer.az xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti, Sülh prospekti, Səməd Vurğun küçəsi, 20 Yanvar küçəsi, Nəriman Nərimanov, Azərbaycan prospekti, eləcə də digər küçələrində hüquq-mühafizə orqanlarının əməkdaşları xidmət aparır.

Mərkəzi küçə və prospektlərdə xidmət aparan Daxili İşlər Nazirliyinin (DİN) Sumqayıt Şəhər Polis İdarəsinin tabeliyində olan əməkdaşları və DİN-in Daxili Qoşunlarının hərbçiləri xüsusi icazəsi olmadan küçəyə çıxan vətəndaşlarla profilaktik söhbət apararaq onları karantin qaydalarına riayət etməyə dəvət edir. Küçəyə yalnız xüsusi icazəsi olan məhdud sayda şəxsin çıxmasına icazə verilib.

Eyni zamanda, operativ qərargahın təsdiq etdiyi qaydalara görə, vətəndaşlar yaşayış yerinin yaxınlığında itlərini gəzdirə bilər. Lakin bu məqamdan sui-istifadə hallarına yol vermək olmaz. Belə ki, növbəti dəfə tətbiq edilən sərt karantin rejiminin ikinci günündə paytaxtın  mərkəzi küçə və prospektlərində karantin postları qurulub.

Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi qaydalara görə, respublika ərazisində ikinci dəfə sərt karantin rejimi tətbiq edilir. Belə ki, iyunun 14-ü saat 00:00-dan etibarən iyunun 16-ı saat 06-00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərt karantin rejimi çərçivəsində vətəndaşların küçəyə çıxması qadağan olunub.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh