Sumqayıtda sürücü 28 ton qarğıdalının pulunu götürərək qaçıb - FOTO

Sumqayıt şəhərində soyğunçuluq faktı qeydə alınıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, sürücü illərdir birgə işlədiyi vətəndaşın 10 min manatını mənimsəyərək qaçıb. Zərərçəkmiş Samir Bəkirov iddia edir ki, illərdir yerli firmalardan birində onunla sürücü kimi işləyən 31 yaşlı Sumqayıt şəhər sakini İlkin Muradov adlı şəxs onun adına olan 28 tondan çox qarğıdalı məhsulu "Shacman" markalı yük avtomobili ilə birgə qaçırıb. Sürücü məhsulu ünvana çatdıraraq əvəzində 10 min manata yaxın pul alıb və pulu məhsul sahibinə vermədən yoxa çıxıb. Yük maşını isə hadisədən iki gün sonra tapılıb. S.Bəkirov ona dəymiş ziyanın geri qaytarılması üçün soyğunçunun evinə getsə də, onu tapa bilməyib. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












