Sumqayıtda yeni təmir olunmuş yol çöküb - VİDEO

Sumqayıt Dövlət Universitetinin qarşısındakı yol çöküb. Hadisə şəhərin Ağa Quliyev küçəsində baş verib. Yenicə təmirdən çıxmış yolda yaranan vəziyyət avtomobillərin hərəkətini çətinləşdirib. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətuat katibi Anar Nəcəfli qeyd edib ki, burada əsas məsuliyyət təmir-tikintini aparan şirkətin üzərinə düşür.
''Azərsu'' ASC-nin Sumqayıt Sukanal İdarəsindən isə bildirilib ki, sözügedən yol gecə saatlarında çöküb. Tikintini həyata keçirmiş şirkətin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilib və çökmənin hansı səbəbdən baş verdiyi məlum olub. Təqribən 9 aydır həmin yol təmirə bağlanmışdı. Çökməyə görə məsuliyyəti isə ərazidə tikinti işlərini həyata keçirən şirkət daşıyır.
Tikinti şirkətindən isə bildirilib ki, həmin yolda onlar yalnız kanalizasiya xətlərini çəkiblər. Yolun təmir işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirib.
Agentlikdən isə bildirilib ki, yol Sumqayıt İcra Hakimiyyətinin balansındadır. İcra Hakimiyyətinə ünvanlanan suallar isə cavabsız qalıb.
Qeyd edək ki, güclü yağışlardan sonra Sumqayıtın digər küçələrində də çökmələr olub.
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək










