Sumqayıtda zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlandı

Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə "Rota" virusu (Rotavirus) infeksiyası aşkar edilib. Son dörd gün ərzində 136 uşaqda bu infeksiya aşkarlanıb. Nazirlikdən verilən məlumada bildirilir ki, hazırda 46 uşağın stasionar müalicəsi davam etdirilir: "Onların vəziyyətləri kafidir və yaxın vaxtda evə yazılacaqlar. İnfeksiya baş vermiş ərazidə tibbi-profilaktik tədbirlər və əhali arasında sanitariya-maarifi işləri davam etdirilir". Qeyd edək ki, "Rota" virusu fəsil dəyişkənliyi ilə əlaqədardır, xüsusilə uşaqlarda, immuniteti zəif olan insanlarda bu xəstəliyə rast gəlinir. "Rota" virusu 48 saatdan az davam edən qızdırma, qusma ilə başlayır. Sulu, əsasən pis qoxu gələn qansız ishal bu əlamətlərə aiddir. Südəmər uşaqlarda qusma, ishal bədəndə suyun azalmasına gətirib çıxarır. İmmuniteti zəif olan insanlarda xəstəlik uzunmüddətli və ağır olur. Bu xəstəlik 5-10 gün müddətində davam edir. Gigiyenik tədbirlər (əlin yuyulması, suyu qaynadaraq içmək) xəstəliyin qarşısını alır.
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ










