Sumqayıtda zibil qabından tapılan körpə ilə bağlı yeni faktlar məlum olub - VİDEO
Gündəm
7 İyul 2021 10:57
Oxunub 1042

Sumqayıtda zibil qabından tapılan körpə ilə bağlı yeni faktlar məlum olub.
Körpə qız Sumqayıtda fəaliyyət göstərən doğum evlərinin heç birində doğulmayıb. Körpənin ev şəraitində və vaxtından əvvəl dünyaya gəldiyi bildirilir.
Məlumata görə, Sumqayıtda Perinatal Mərkəzdə saxlanılan körpənin vəziyyəti yaxşıdır və hər hansı bir həyati təhlükəsi yoxdur.
Uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar davam etdirilir. (Apa)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













