“Süni intellektin ruhu olmadığından ibadətdə insanın yerini tuta bilməz” - Şeyx

“Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz”.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, süni intellektin insan həyatına sərhədsiz sirayət etməsi yeni imkanlarla yanaşı, yeni problemlər də yaradır: “Bu mövzuda ən mühüm məsələ mənəvi-etik hədlərin gözlənilməsidir. Eləcə də yaranma ehtimalı yüksək olan fəsadların önlənməsidir, xüsusilə süni intellektin ruhu olmadığı üçün insanı ibadət prosesində əvəz etməməlidir. Bu baxımdan, iclasımızda dini sahədə süni intellektdən istifadənin etik kodeksinin təqdimatını yüksək qiymətləndirirəm”.
A.Paşazadə iqlim dəyişikliyi ilə mübarizədə dinlərin rolu ilə bağlı məsələyə də münasibət bildirib: “Bakıda keçirilən COP29 zamanı dini liderlərin zirvə görüşünün yekun sənədində bu məsələ ətrafında lazımi mövqe ifadə olunub”.
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ












