"Süpürgəçiyə də təqaüd vəd edirdi" - Sabiq polis rəisinin arvadının məhkəməsindən

Keçmiş polis rəisinin dələduzluqda təqsirləndirilən arvadı Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə davam edib. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət verib. Onlar bildirib ki, medianın bu işi işıqlandırmasını istəmirlər. Zərərçəkən tərəf və prokuror prosesin qapalı keçirilməsinə heç bir səbəb olmadığını deyib. Vəsatət təmin edilməyib.
Prosesdə şahid qismində Esmira Ağayeva ifadə verib. O, ifadəsində Qazaxıstan vətəndaşı olduğunu bildirib: "Anarə Məmmədovanın qonşusunun evində uşağa baxırdım. Anərənin də Samirə adlı qulluqçusu vardı. Samirə ilə münasibətimiz vardı. O, Anarənin uşaqlarına baxardı. Bir gün Anarə gəldi ki, Samirə evimdən oğurluq edib qaçıb. Bu xəbərə görə, münasibətimiz yaxşılaşdı. Qazaxıstan vətəndaşı olduğum üçün burada müvəqqəti qeydiyyata düşməliydim. Rüsumu ödəməyə pulum yoxuydu. Bununla bağlı Anarədən pul istədim. Vəziyyəti başa saldım. O, da pulu verdi, sağolsun. Ərim ağır xəstəydi, pal-paltar lazım idi. Anarə məni qohumları Leylanın yanına göndərdi. Leyla paltar verdi, evində işləməyimi istədi. Yalnız məni and içdirdi ki, Anarəyə bu barədə heç nə deməyim".
Bu zaman təqsirləndirilən Leyla Əkbərova şahidinin ifadəsinə kəskin etiraz edərək onun öyrədilərək yalan danışmaqda ittiham edib. Məhkəmədə gərginlik yaşandı.
Esmira Ağayeva ifadəsini davam edib. O bildirib ki, Leyla yolda süpürgəçi görəndə deyirdi ki, gəl təqaüd düzəldim: “Hamını elə aldadırdı”.
Leyla Əkbərova bildirib ki, şahidin bütün verdiyi ifadələr həqiqəti əks elətdirmir.
Zərərçəkmişin vəkili Vasif İsrafilov çıxış edib. O bildirib ki, Esmira Ağayevanın dedikləri əsasında Leyla Əkbərovanın cinayətinin üstünü açıb: “O, Anarə Məmmədovaya Leyla Əkbərova tərəfindən aldadıldığını deyib. Anarə də beləliklə aldadıldığını bilib".
Proses oktyabrın 17-nə davam edəcək.
Qeyd edək ki, dələduzluqda təqsirləndirilən Leyla Əkbərova Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş rəisi Mahir Əkbərovun arvadıdır. L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.
Məlumata görə, 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş. O, pasportunu dəyişdirərkən saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.
Adı dələduzluqda hallanan polis rəisi Mahir Əkbərov polis orqanlarından xaric edilib. Leyla Əkbərova ümumilikdə 150 min manat pulu dələduzluqla mənimsəmədə təqsirləndirilir.
Onu da qeyd edək ki, sabiq polis rəisi həyat yoldaşı Leyla Əkbərova saxlanandan sonra onunla boşanıb.
"Bütün sürücülər maşın sürməli deyil" - Ərşad Hüseynov
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur










