Suriya ilə İsrail arasında sülh müqaviləsi imzalana bilər? – POLİTOLOQ AÇIQLADI

ABŞ-nin rəhbərliyi altında Parisdə keçirilən İsrail-Suriya danışıqlarının sonuncu mərhələsində tərəflər təhlükəsizlik sahəsində razılıq əldə ediblər.
Bununla bağlı artıq Ağ Evdən rəsmi açıqlama da verilib. Məsələ ilə bağlı yayılan məlumatda qeyd edilib ki, hər iki ölkənin nümayəndələri təhlükəsizlik razılaşmasına nail olmaq məqsədi ilə danışıqların tempini sürətləndirmək və etimad yaratmaq üçün addımlar atmaq barədə razılığa gəliblər.
Mövzu ilə əlaqədar Avtosfer.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib ki, İsrail ilə Suriyanın arasındakı razılaşmanın bir neçə adımları var.

“Birincisi, Suriya ilə İsrail razılaşması Suriyaya tamamilə nə təhlükəsizliyi gətirə bilər, nə də ki oradakı vəziyyəti düzəldə bilər. Çünki Suriya elə bir dəvlətdir ki, bu gün o ərazilərə təkcə bir qüvvə hakim deyil. Yəni, Əl-Şəaranın nəzarət elədiyi qüvvələr deyil, bir neçə qüvvələr mövcuddur. Burada həm Rusiya mövcuddur, həm Suriya milisləri, həm SDQ, həm də İran qüvvələri mövcuddur.
Ona görə də İsraillə razılaşma Suriyanın tamamilə sakitləşməsi, onun tamamilə bu məsələdə silahları yerə qoyub və bir də belə hadisələr olmaması anlamına gəlmir. Bu razılaşma İsrailin Suriyanın şəhərlərinə endirdiyi bombardıman zərbələrinin azalmasına gətirib çıxartacaq.
Bir növ İsrail və Suriya arasındakı sərhəddə biraz daha rahatlıq baş verə bilər, oradakı silah səsləri daha da azala bilər, ora indirilən zərbələr azala bilər, amma İsrailin tamamilə bu məsələni geri buraxacağı, Suriyada səssizliyə şərait yaradacağı anlamına gəlmir. Çünki əgər burada İsrail öz siyasətinə İran, ya da digər ölkələr tərəfindən hansısa bir təhdid görərsə, bu plan, bu razılaşma hər zaman İsrailin dediyi kimi ikinci plana keçəcək və İsrail öz təhlükəsizliyini bu məsələdə qorumağa başlayacaq və təbii ki, o hərbi əməliyyatları yenidən bərpa edəcək.
Qaldı ki, ABŞ-nin Suriyanın təhlükəsizliyinə zəmanət verməsi məsələsinə. Bu məsələdə ABŞ, belə desək, hansısa bir növ nəzarət rolunu oynaya bilər. Ancaq burada məsələ odur ki, Birləşmiş Ştatlar İsrailə tam olaraq nəyisə edib-etməməyi diqtə edə bilməyəcək. Çünki biz bilirik ki, ABŞ-nin İsrail üzərində, eləcə də İsrailin ABŞ üzərində gücü var. Ona görə də bugün ABŞ-nin tam olaraq nəzarətə ələ keçirib İsrailə tamamilə hər şəyə tabu qoymaq məsələsini görmək mümkün olmayacaq.

ABŞ-nin bölgə ilə bağlı edə biləcəyi tək gediş Suriyada diplomatik sükutu təmin etmək olacaq. Amma İsrailin siyasətinə zidd addımlar ortaya çıxdığı zaman hətta ABŞ belə buradakı hərbi səssizliyi təmin edə bilməyəcək. ABŞ-yə lazım olan bölgədəki müharibəni dayandırmaqdır. Buna görə də bütün diplomatic vasitələrdən istifadə edir. Onun məqsədi dünyadakı müharibələri bitirməkdir.
Lakin Suriya ərazisində hansısa hərbi vəziyyət yaranarsa, ABŞ bu hala nəzarət edə bilməyəcək. Çünki buradakı qüvvələrin heç biri tam olaraq nəzarətdə deyil və bu razılaşmanın da bir imza atan tərəfi olmadığına görə, burada Suriya ilə İsrail olduğuna görə, İran və Rusiyanı hansısa bir razılaşmaya tərəf etmək mümkün olmayacaq.
Ona görə də bugünkü gündə bu razılaşma əslində bir tərəfdən İsrail və Suriyanın arasındakı sakitliyi bərpa edə bilər, digər bir tərəfdən də bu razılaşmanı İsrail bugün də pozub yenidən Suriyaya qarşı və oradakı qüvvələrə qarşı yenidən vuruşa da bilər”.
Səfər
Avtobusda bank kartı ilə ödəniş mümkün oldu, ƏSAS MƏSƏLƏ YENƏ DƏ QALDI
Bakıda tıxac məsələsinin həlli yalnız bu yolla mümkündür - Deputat AÇIQLADI
Bakının bu ərazilərinə sürət qatarı işləyəcək
Rusiyada azərbaycanlılara qarşı etiraz aksiyası - "Şəhəri tərk edin!" - VİDEO
Farslar İsfahanda Qasım Süleymaninin heykəlini niyə yandırdı? - POLİTOLOQ
Bakıda bu ünvandakı bina söküləcək - 1340 AZN kompensasiya
Prezident onu nazir müavini təyin etdi - FOTO
30 yaşlı polkovnikə yüksək vəzifə verildi - GENERALDAN TƏYİNAT - FOTO
Paytaxtın bu küçələrində tıxac var - SİYAHI
Bakı metrosunda yeni gediş haqqı modeli: 30 qəpik… – Aydınlıq gətirildi
Xəzərin suyu çəkildi, elə şeylər üzə çıxdı ki…- VİDEO











