Suriyada Rusiya helikopteri vurulub, 5 nəfər həlak olub- FOTO

Rusiyanın Suriyada vurulmuş "Mi-8" helikopterinin göyərtəsində olan 5 nəfərin hamısı həlak olub. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Helikopter humanitar missiya həyata keçirirdi. Müdafiə Nazirliyindən aldığımız xəbərə görə, göyərtədə olanların hamısı həlak olub", - deyə D.Peskov bildirib. O, İŞİD-in təhdidlərinə baxmayaraq, Rusiyanın terrorizmə qarşı mübarizəni davam etdirəcəyini də əlavə edib.
***14:12
Suriyanın İdlib əyalətində Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus "Mi-8" helikopteri vurulub. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi helikopterin vurulması xəbərini təsdiqləyib. Helikopterin göyərtəsində 5 nəfər olub. 3 ekipaj üzvü və Suriyada Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin 2 zabitinin taleyi aydınlaşdırılır.
"Twitter" sosial şəbəkəsində hadisə yerindən fotoşəkillər dərc olunub. Həmin fotolarda ekipaj üzvlərinin yanmış cəsədləri görünür.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI














