Sürücü maşını piyadaların üstünə sürüb: xəsarət alanlar var
Gündəm
16 İyun 2017 01:53
Oxunub 1079

Şəxsiyyəti açıqlanmayan sürücü avtomobili səkidəki piyadaların üstünə sürüb
Nyu-Yorkun mərkəzində sürücü avtomobili piyadaların üstünə sürüb. "Report"un məlumatına görə, bu barədə "New York Daily News" xəbər verib. Xəbərdə bildirilir ki, hadisə Manhettendə qeydə alınıb. Belə ki, şəxsiyyəti açıqlanmayan sürücü avtomobili səkidəki piyadaların üstünə sürüb. "NBC New York"un məlumatına görə isə avtomobil iki nəqliyyat vasitəsi ilə toqquşub. Həmin nəqliyyat vasitələri isə yoldan çıxaraq piyadaları əziblər.
Hadisə nəticəsində 10 nəfər xəsarət alıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














