Sürücü saxlanıldı - “İnfiniti”dən 241 qram marixuana aşkarlandı - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib. DİN Mətbuat xidmətinə bilavasitə tabe olan Quba regional qrupunun baş inspektoru, polis leytenantı Nizam Həmidov Avtosfer.az-a bildirib ki, oktyabrın 29-da RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında Xaçmaz şəhər sakini Tərlan Dəmirov saxlanılıb. Onun idarə etdiyi “İnfiniti” markalı avtomobilə baxış zamanı yük hissəsində olan bükülüdə icərisində 241.223 qram çəkidə olan qurudulmuş marixuana aşkar olunub və maddi sübut kimi götürülüb. Saxlanılan T.Dəmirov əvvəllər cinayət məcəlləsinin dələduzluq maddəsi ilə məhkum olunub.
Həmin gün RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini Rəşad Quliyev saxlanılıb. Onun uzərinə baxış keçirilərkən salafan torbada 51.125 qram çəkidə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Hər iki faktla əlaqədar Quba RPŞ-də cinayət işi başlanmışdır, araşdırmalar aparılır.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














