Banner

Sürücü sərnişinə görə avtobusu saxlayıb “getmirəm” dedi - VİDEO

Gündəm 5 İyun 2025 17:30 Oxunub 1324
Sürücü sərnişinə görə avtobusu saxlayıb “getmirəm” dedi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünən axşam saatlarında "BakuBus" MMC-yə məxsus sərnişin avtobusunda sürücü ilə sərnişin arasında insident yaşanıb.
Avtosfer.az xəbər verir ki, hadisə 77-JS-475 dövlət nömrə nişanlı 2 nömrəli marşrut avtobusunda baş verib.
Belə ki, Bakının Zivər bəy Əhmədbəyov küçəsində yerləşən dayanacaqda iş saatlarının bitməsi ilə əlaqədar avtobusda sıxlıq müşahidə olunduğu üçün qadın sərnişin avtobusun orta qapısından minmək üçün digər sərnişinlərdən xahiş edib. “BakıKart” kartını uzatmaqla həm özünün, həm də azyaşlı oğlunun gediş haqqının ödənilməsini istəyib.
Uşağın avtobusa daxil olduğunu görən sürücü dərhal arxa qapıları bağlayıb. Uşağın avtobusun içində qalması, ananın isə hələ avtobusa daxil olmaması gərginliyə səbəb olub. Xanım qapının açılmasını, oğlunun orada qalmasını bildirsə də, sürücü xanımın yenidən öndən gəlib ödəniş etməsini tələb edib.
Digər sərnişinlər müdaxilə etsə də, sürücü vəziyyəti daha da gərginləşdirərək, əks halda avtobusu hərəkət etdirməyəcəyini bildirib. Digər sərnişinlərin qadının artıq ödəniş etdiyini deməsinə baxmayaraq, sürücü qərarında israr edib və qadının uşağından istifadə edərək "aferistlik" etdiyini söyləyib.
Münaqişə böyüyüb, gərginlik davam etdiyi üçün qadın sərnişin ön qapıya keçərək ödənişi bir daha edib və yalnız bundan sonra sürücü avtobusu hərəkətə gətirib.


Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh