Sürücü və sərnişinlərə xəbərdarlıq

Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi bu gündən başlayaraq martın 28-dək gücləndirilmiş iş rejimində çalışacaq. Bunu "Report"a açıqlamasında kompleksin növbə rəisi Məhəmməd Abdullayev bildirib. Onun sözlərinə görə, adi günlərdə 300-350 nəqliyyat vasitəsilə 7 500 - 8 500 sərnişin daşınırdısa, bayram ərəfəsində 650-700 nəqliyyat vasitəsilə 16-17 min sərnişin yola salınması planlaşdırılır. "Bakı Beynəlxalq Avtovağzal Kompleksi 10 gün əvvəlcədən həm onlayn, həm kassalarında bilet satışı həyata keçirməyə başlayıb. Bundan başqa, bayram günlərində 250-dən yuxarı nəqliyyat vasitəsi əlavə olaraq reysə buraxılacaq", - deyə M.Abdullayev əlavə edib. Növbə rəisi hər bayramda olduğu kimi, bu dəfə də biletlərin qiymətinin süni şəkildə artırılmasının qarşısını almaq məqsədilə 11 nəfərdən ibarət Qiymət Nəzarət Komissiyasının fəaliyyət göstərəcəyini qeyd edib: "Sərnişindaşıma zamanı və ya bilet alarkən nöqsan ortaya çıxacağı halda, həmin nəqliyyat vasitəsinin sahibkarı və sürücüsü reysdən uzaqlaşdırılacaq".
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












