Sürücülər arasında kütləvi dava: 5 yaralı - FOTO

Bakıda Türkiyə və İran vətəndaşları olan sürücülər arasında kütləvi dava olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda, Lökbatan qəsəbəsindəki "Tır parkı" adlanan ərazidə baş verib. Belə ki, hər iki ölkənin vətəndaşları olan sürücülər arasında həmin ərazidə fəaliyyət göstərən kafedə mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Sürücülər dava zamanı kafedəki əşyalardan da istifadə ediblər. Hadisə nəticəsində Türkiyə və İran vətəndaşları, habelə kafenin ofisiantı da daxil olmaqla, ümumilikdə 5 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan birinə - İran vətəndaşına ilkin tibbi yardım göstərilib. İnsident zamanı xəsarət almış digər şəxslər isə xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar: kafenin işçisi, 48 yaşlı Nəsirova Zeynəb Allahşükür qızı, 41 yaşlı Türkiyə vətəndaşı Altay Bekar, 50 yaşlı İran vətəndaşı Vidadi Rzayi Mənsum oğlu, 30 yaşlı Məlikzadə Mustafa Ümmət oğludur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
















