“Sürücülər bəhanə gətirməsinlər” - Yol polisi

“Avtomobilin şaxtalı havada sürüşərək qəza törətməsi yol və meteoroloji şəraitin nəzərə alınmaması ilə bağlıdır. Qəzanın baş verməsinə yol şəraitinin, yolun buz bağlamasının bəhanə gətirilməsi səhv yanaşmadır”. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. V.Əsədov qeyd edib ki, avtomobillərin sürüşmə hallarını araşdırarkən əyləc sistemindən istifadə edilməsi, düzgün sürət həddinin seçilməməsi, yaxud da diqqəti yayındıra biləcək hərəkətlər aşkarlanarsa, sürücü məsuliyyətə cəlb ediləcək: “Yol və meteoroloji şərait nəzərə alınmazsa, avtomobil hərəkətdə olarkən sürüşüb qəza törədərsə və bu zaman maddi ziyan vurarsa, belə hallar araşdırılacaq və sürücülər inzibati məsuliyyətə cəlb ediləcək. Qanunda göstərilir ki, yol və meteoroloji şərait nəzərə alınmaqla avtomobil elə idarə olunmalıdır ki, hərəkət istiqamətində hər hansı bir təhlükə yaranarsa, sürücü toqquşmanın qarşısını ala bilsin”.
V.Əsədov bildirib ki, bəzən sürücülər buzlu hava şəraitində avtomobil idarə etdiklərini unudub eyni zamanda əyləc sistemindən istifadə edirlər. “Bu da avtomobilin sürüşməsinə səbəb olur”.
V.Əsədov əlavə edib ki, şaxtalı hava şəraitində yol polisi gücləndirilmiş iş rejimində çalışacaq.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












