Sürücülər maşın alan kimi niyə kökəlir? – AÇIQLAMA - VİDEO

Gündəm 9 Fevral 2024 14:29 Oxunub 18762
Sürücülər maşın alan kimi niyə kökəlir? – AÇIQLAMA   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Sürücü olmaq piylənmə və artıq çəkili olma riskini artırır”.

Bunu Avtosfer.az-a açıqlama verən dietoloq Tutu Zeynalova deyib.

Dietoloq bildirib ki, artıq çəki problemini yaradan faktorlardan biri də məhz sürücü olmaqdır: “Statistika da göstərir ki, ildə 19 min kilometrdən artıq yol gedən sürücülərin piylənməyə yaxalanma riski 30 faiz daha çoxdur. Yəni bu bizim artıq çəkili olma riskimizi 30 faiz daha artırır. O ki qaldı kilolu sürücülər, təbii ki, burada biz bir çox xəstəliklərin yaranma ehtimalını, xüsusilə də, uzaq yol sürən sürücülərdə ürək-damar xəstəlikləri, uroloji xəstəliklər kimi problemlərin yarandığını görürük. Problemlərdən biri də sürücülərin yolda yatmağıdır. Artıq çəkili insanlarda yuxu apnesi olur. Pasiyentlər çox vaxt maşın alandan sonra kökəldiyini deyir. İnsanlara haradasa maşını park edib, bir az yol, məsafə gəzmək çox çətin gəlir. Biz bunu çox vaxt qayda pozan sürücülərdə də görürük. Hansısa mağazaya girəcək deyə düz yolun ortasında maşını saxlayır, sanki özünə əziyyət verib 200 metr gəzsə, 200 qram yağı gedər deyə narahatdır. Bilmirəm, hərdən mən açıq yolda belə hadisələr görəndə çox əsəbləşirəm”. 

Tutu Zeynalova təəssüflə qeyd edib ki, artıq çəkili insanların yol qəzalarında dünyasını dəyişmə ehtimalı daha çoxdur: “İnsanlar arasında ölüm riski artıq çəkili insanlarda digərlərinə görə 50 faiz çoxdur. Həm qəza zamanı çox vaxt bu insanlar yuxuda olduqları üçün, həm də kök adamlarda dayanıqlıq daha az olduğuna görə onların daxili orqanları zədələnir və dünyasını dəyişmə ehtimalı artır. Eyni proses çox arıq insanlarda da baş verir. Buna görə də çalışaq ki, hər bir halda çəkimizə diqqət edək”.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh