Sürücülər "nişan tələsi"ndən şikayətləndilər: "Maşın saxlayan kimi kamera çəkir" - VİDEO

Paytaxtın Zivər bəy Əhmədbəyov və Salatın Əsgərova küçələrinin kəsişməsində minib-düşürmə yerinin olmasına baxmayaraq, sürücülər cərimələnirlər.
Avtosfer.az xəbər verir ki, bildiriş lövhəsi avtobus zolağında yerləşdirildiyi üçün yaxınlıqda qısamüddətli parklanma imkanı və ya vətəndaşların rahat minib-düşməsi üçün şərait yoxdur. Sürücülər isə məcburən dayanmalı olurlar və bu səbəbdən də onlara cərimə yazılır.
Yaxınlıqda yerləşən obyekt sahibləri deyirlər ki, həm öz avtomobillərini saxlaya bilmir, həm də gələn müştərilər dayanacaq tapmaqda çətinlik çəkirlər.
"Heç yerdə maşın saxlaya bilmirik. Burada avtobus zolağı var. 3-5 dəqiqə maşın saxlayan kimi kamera çəkir, cərimə yazılır", - sakinlərdən biri söyləyib.
Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, minib-düşürmə ilə bağlı bildiriş lövhəsinin istənilən yerdə yerləşdirilməsindən asılı olmayaraq, orada fərdi nəqliyyat vasitələrinin dayanıb sərnişini düşürmək və digərini mindirmək hüququ var: "Lakin avtomobilin orada "minib-düşürmək" adı ilə 3-5 dəqiqə saxlanılması qadağandır və bu, sui-istifadə halı hesab olunur. Bakıda tikilən bütün yaşayış və qeyri-yaşayış obyektlərinin parklama yerləri təşkil olunmalıdır. Təəssüf ki, bu məsələyə nəzarət edən yoxdur".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı










