Sürücülər yolda qaldı: Yol sürüşkəndir - VİDEO

Şamaxının dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrinə 10-15 sm-dən çox qar düşüb. Avtosfer.az ARB Şəki-yə istinadən xəbər verir ki, Pirbəhli, Qızmeydan, Dəmirçilər, Zarat, Ərçiman kəndləri istiqamətində gediş-gəliş çətinləşib. Xəbərdə bildirilir ki, sürücülər yolda qalıb. Günorta saatlarına doğru yollara səpilən qum-duz qarışığı rahat hərəkəti bərpa edib.
Bakı-Şamaxı-Yevlax yolunun isə 25-65- ci kilometrliyindəki gərgin vəziyyət hələ də qalmaqdadır. Gün ərzində Şamaxı yol idarəsinin texnikası və canlı qüvvəsi Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıdan keçən hissəsinin təmizliyini həyata keçirib. Yola qum duz qarışığı səpilib. Əgər axşam saatlarında yolda təkrar buzlaşma yaşanarsa, sözü gedən yolda təhlükə arta bilər.
Muğanlı-İsmayıllı avtomobil yolunda da hərəkət çətinləşib. Yolda təmizlik işi aparılsa da təkrar buzlaşma hərəkətə mane olub. Baş dövlət yol Polisi idarəsi buzlaşma səbəbindən bu yoldan istifadə edən sürücülərə ehtiyatlı olmaları barədə çağırış edib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












