Sürücülərə çətinlik yaradan yol nişanı - VİDEO

Bakının Səbail rayonu ərazisində, Lermontov küçəsi ilə Teymur Elçin küçəsinin kəsişməsində yerləşən yol nişanı sürücülərə çətinlik yaradır.
Ərazidə sağa hərəkət qadağan olduğu üçün sürücülər gedəcəkləri yerə çatmaq səbəbindən daha uzun məsafə qət etməli olurlar.
Dağüstü park istiqamətindən gələn sürücülərin hamısı bir istqamətə-Teymur Elçin küçəsinə yönəldilir. Üstəlik, qarşıdan və sağdan gələn sürücülərə yol verilməlidir. Bu isə ərazidə əsasən günün pik saatlarında sıxlığın yaranmasına səbəb olur.
Sürücülər deyirlər ki, yolda məcburi sola dönmə nişanı olduğundan, sağa dönə bilmirlər. Bu isə onlar üçün həm əlavə vaxt həm də yanacaq itkisinə səbəb olur.
Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, ərazidə sıxlığın tənzimlənməsi məqsədi ilə sağa hərəkət qadağandır.
Ekspertlər hesab edir ki, ərazidə təhlillər aparılmalı, nəqliyyat axını hesablanmalı və qarşıdan gələn nəqliyyat vasitələrini gözləməklə sağa da hərəkət təşkil oluna bilər.
Ətraflı videomaterialda.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










