Sürücülərə hava ilə bağlı xəbərdarlıq: DYP-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 6-dan hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib. Hətta bəzi yolların buz bağlayacağı ehtimalı var. Yaxın iki gün ərzindən ölkə ərazisində müşahidə ediləcək qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi də sürücülərə müraciət edib. Avtosfer.az xəbər verir ki, bu barədə İdarənin şöbə rəisi Kamran Əliyev publika.az-a bildirib ki, xüsusən də dağlıq və dağətəyi regionlarda hərəkət edəcək nəqliyyat vasitələri sahibləri daha diqqətli olmalıdır: “Onlar hava şəraitinin dəyişəcəyini, temperaturun aşağı enməsi və yolların asvalt örtüyünün buz bağlaması ehtimalınının çox olduğunu nəzərə almalıdırlar. Yağıntılı hava şəraiti səbəbindən axşam saatlarında yolların buz bağlama ehtimalı var. Sürücülər yola çıxarkən bu məqama diqqət etməlidir”.
K.Əliyev onu da vurğulayıb ki, yola çıxan sürücülər avtomobillərinin texniki baxımdan hava şəraitinə hazır olmasına diqqət etməlidirlər: “Sürücülərə xəbrdarlıq edirik ki, yalnız hər iki oxu aparıcı olan, mövcud standartlara uyğun gələn, qış mövsümünə uyğun şinlərlə təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etsinlər. Aran zonasında mənfi temperaturun proqnozlaşdırılmamasını nəzərə alaraq, xəbərdarlıq əsasən dağlıq və dağətəyi regionlara hərəkət edəcək nəqliyyat vasitələri sürücülərinə aiddir. Xüsusən, Quba-Qusar, İsmayıllı-Ağsu, Zaqatala, Balakən, Daşkəsən və Gədəbəy zonasında hərəkət edəcək nəqliyyat vasitələri sürücüləri möcvud hava şəraitini nəzərə almalıdır. İdarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürüətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












