Sürücülərə hücum edən azərbaycanlı və erməni saxlanılıb - Moskvada

Moskvada yük avtomobilinin sürücülərinə hücum edən azərbaycanlı və erməni saxlanılıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “Moskva” agentliyi yerli hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb. Hadisə bu ilin aprelində baş verib. Yük avtomobilinin sürücüsü, 1974-cü il təvəllüdlü Qazaxıstan vətəndaşı polisə müraciət edərək bildirib ki, “Volkswagen” markalı avtomobildə olan 4 nəfər ona və yanındakı sürücüyə hücum edib. Onlar sürücüləri odlu silahla təhdid edərək 1300 dollar ekvivalentində tenge və rubl götürüblər. Avqustun 13-də polis əməkdaşları şübhəli bilinən 57 yaşlı azərbaycanlı və 28 yaşlı ermənistanlını saxlayıblar. Onlar həmçinin narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər. Hücumda iştirak edən digər şəxslər isə axtarışdadır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












