Sürücülərə sevindirici XƏBƏR - Bu elektron lövhələr işləyəcək - VİDEO

4 ilə yaxındır ki, paytaxtın küçə və prospektlərindəki informasiya xarakterli elektron lövhələr işləmirdi.
Avtosfer.az xəbər verir ki, bu da sürücülərin işində çətinlik yaradırdı. Artıq bəzi elektron tablolar işlək vəziyyətə gətirilib. Hazırda həmin tablolarda hərəkət iştrakçıları üçün müəyyən sosial çağırışlar yayımlanır... Uzun müddətdən sonra paytaxtın müxtəlif küçə və prospektlərində quraşdırılan elektron lövhələr yenidən işlək vəziyyətə gətirilib. Nəqliyyatı İntellektual İdarətetmə Mərkəzinin rəsmisi Rauf Mirqulamov deyir ki, hələ ki həmin tablolarda 8 sosial çağırış yayımlanır. Gələcəkdə hərəkətin düzgün təşkili ilə bağlı bu say artırılacaq. Qeyd edək ki, əvvələr həmin elektron tablolar vasitəsilə şəhərin hansı küçə və prospektlərində sıxlığın olması ilə bağlı sürücülər məlumatlandırılırdı. Sonradan həmin elektron lövhələr işləmədi. Nəqliyyat axınını ifadə edən qrafik sxemlərin yayımı nə zaman bərpa olunacaq? Xatırladaq ki, lövhələrdəki informasiya xarakterli məlumatlar günün istənilən vaxtında aydın şəkildə görünür. Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin rəsmisi Rauf Mirqulamov əlavə edib ki, günün pik saatlarında mərkəzdəki monitorlar vasitəsilə şəhər küçələrinə nəzarət edilir. Sıxlıq müşahidə edilən küçə və prospektlər barədə kütləvi informasiya vasitələri ilə sürücülər məlumatlandırılır.
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA










