Sürücülərə təhlükə yaradan avtobus zolağı: düzəlişə ehtiyac var - VİDEO

Bakıda avtobus zolaqlarının sayı artsa da, bəzi kəsişmələrdə buna görə təhlükəli vəziyyət yaranır. Şəhər yollarında əksər yerelərdə kəsişmələrə çatmamış digər nəqliyyat vasitələrinə sağa və ya sola dönmək üçün zolaqlara giriş icazəsi verilir. Ancaq Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində sürücülərə hansısa səbəbdən belə bir icazə verilmir. Yəni bu hissədə nəqliyyat vasitələrinin düzünə və sağa dönməyə icazə verən yol nişanı olsa da, kəsişməyə çatmamış zolağa giriş icazələri yoxdur. Yol hərəkəti üzrə ekspert Yasin Mustafayev deyir ki, həmin hissədə düzəlişə ehtiyac var. Əks halda, qəza riski qalmaqda davam edəcək.
Ekspertin sözlərinə görə, əgər qırıq-qırıq xətt yoxdursa, burada həmin zolağa girənlər cərimələnə bilər. Bütün hallarda bu məsələnin həlli söz-söhbətlərə son qoya bilər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən əraziyə qurumun əməkdaşları tərəfindən yerində baxış keçiriləcək və müvafiq tənzimləmələr aparılacaq.
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO
Ermənistan hökuməti seçkilərə görə Avropa İttifaqına müraciət edib - POLİTOLOQ
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO
Əhmədlidə təmir edilən yol yenidən yararsız vəziyyətə düşüb - VİDEO
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev
Qəza törədən Nuray Muxtarovadan sərt SÖZLƏR - FOTO
Radarlar ödənişli yollarda sürücülərə necə təsir edəcək?
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər - YENİLƏNİB








