Sürücülərə və şagirdlərə MÜRACİƏT – Piyada keçidlərində diqqətli olun!

"Məktəb ətrafı ərazilərdə hərəkət edən sürücülər və piyadalar xüsusi diqqətli olmalıdır. Sürücülər sürət həddini minimuma endirməli, piyada keçidlərinə yaxınlaşarkən daha ehtiyatlı olmalı və uşaqların qəfil yola çıxma ehtimalını nəzərə almalıdırlar".
Avtosfer.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatında deyilir.
"Piyadalar, xüsusilə şagirdlər, yolu yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli, diqqəti yayındıran amillərdən uzaq durmalıdır. Valideynlər isə uşaqlara yol hərəkəti qaydalarını mütəmadi izah etməli və onlara şəxsi nümunə göstərməlidirlər. Unutmayaq ki, təhlükəsiz mühit yalnız qaydalara riayət etdikdə mümkündür. Qaydalara riayət etmək isə sürücülərin, piyadaların və digər yol iştirakçılarının təhlükəsizliyini təmin edir", - deyə qurumun müraciətində deyilir.
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO












