Sürücülərin diqqətinə: Azərbaycanın ən təhlükəli yolları

Bir aya yaxındır ki, respublikada müşahidə edilən intensiv yağışlar sürüşmə zonalarında aktivləşmələrə səbəb olub. Nəticədə aktiv sürüşmə zonalarında yerləşən avtomobil yollarında çökmə və sürüşmə müşahidə edilir.
Avtosfer.az xəbər verir ki, "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli azvision.az-a deyib ki, intensiv yağışlar nəticəsində mövcud sürüşmə zonalarının hamısında aktivlik müşahidə edilir. Xüsusilə, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində, Ağsu aşırımında, Muğanlı-İsmayıllı avtomobil yolunda, Basqal kənd yolunda aktivlik müşahidə edilir.
"Ciddi fəsadlar yoxdur. Qobustan rayonunun Poladlı kənd yolunda sürüşmə müşahidə olunur. Torpaq və çınqıldan ibarət kənd yolunun girişində sürüşmə olub. Həmçinin Cəlilabad-Soltankənd avtomobil yolunun 17-ci km-də intensiv yağışlar nəticəsində yolun bir hissəsində torpaq sürüşməsi baş verib və nəticədə asfalt örtüyü çöküb. Bu yola yeni asfalt örtüyü çəkilmişdi. Hazırda problemin aradan qaldırılması istiqamətində işlər görülür".
A.Nəcəfli qeyd edib ki, aktiv sürümə zonalarında yerləşən yolların qorunması üçün istinad divarları tikilib.
"Bakı-Şamaxı yolu hal-hazırda tikinti altındadır və hərəkət zolağının genişləndirilməsi işləri aparılır. Yolun tikintisi zamanı sürüşmənin qarşısının alınması üçün istinad divarları tikilib. Ciddi problem yoxdur, sadəcə torpaq qatı istinad divarlarının üstündən yola tökülüb və oradan yığışdırılır. Muğanlı-İsmayıllı yolu hələ sovet dönəmində inşa olunub. Onun bir hissəsində sürüşmə zonaları aktivdir. Orada sürüşmənin qarşısının alınması üçün yol yenidən qurulmalıdır. Bununla bağlı təklif hazırlayırıq və yolun yenidən qurulmasına başlamaq istəyirik".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












