Sürücülərin diqqətinə: Bu qaydaları pozmağa görə cərimələr artırıldı - NAZİRLİKDƏN AÇIQLAMA

Gündəm 19 İyul 2024 12:06 Oxunub 158
Sürücülərin diqqətinə: Bu qaydaları pozmağa görə cərimələr artırıldı - NAZİRLİKDƏN AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtobus və velosiped zolaqlarından digər avtomobillərin qanunsuz istifadəsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib. 

Avtosfer.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi keçirdiyi tədbirdə açıqlama yayıb. Belə ki, bu inzibati xətaların hər biri 100 manat məbləğində cərimə və əlavə olaraq 2 balla qiymətləndiriləcək.

Nazirliyin açıqlamasında vurğulanır ki, həmçinin Azərbaycanda ilk dəfə olaraq ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançası və ya ictimai nəqliyyatın dayanacaq yeri yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması ilə əlaqədar bal tətbiq olunacaq.

Piyada təhlükəsizliyi və rahatlığının artırılması, mikromobillik vasitələrinin maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə ilk dəfə olaraq nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə 60 manat cərimə və 2 bal inzibati tənbeh tədbiri müəyyən edilib.

Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh