Sürücülərin diqqətinə - Şamaxıda yol dərəyə sürüşdü - FOTOLAR
Gündəm
4 İyun 2016 15:01

Avtomobillərin gediş-gəlişində problem yaranıb
Bakı-Şamaxı yolunda sürüşmə baş verib. Avtosfer.az anspress-ə istinadən məlumatına görə, sürüşmə Acıdərə adlanan ərazidə qeydə alınıb. Yolun sıradan çıxmasına, bəzi yerlərdə iri çatların yaranmasına səbəb isə son iki gündə yağan leysan yağışları olub.

Sürücülər həmin istiqamətdə hərəkətin çətin və təhlükəli olduğunu qeyd edirlər.
"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında ümumiyyətlə, həmin istiqamətdə yolun 91-107-ci km-nin aktiv sürüşmə zonası hesab olunduğunu deyib. O, adıçəkilən istiqamətdə sürüşmənin tez-tez olduğunu bildirib. "İntensiv yağışlar nəticəsində yolun 107-ci km-də torpaq qatı yola doğru hərəkət edərək yol kənarına tökülüb. Artıq ötən gündən həmin əraziyə əməkdaşlarımız və lazımi texnika cəlb olunub. Dayanmadan aparılan işlər nəticəsində sürüşmənin qarşısını hələlik almaq mümkün olub. Bu günlər ərzində gecə-gündüz xüsusi texnikalar vasitəsilə sürüşüb yola doğru gələn torpaq qatı çıxarılaraq kənara daşınıb. Bu günlər ərzində xüsusi terras yaradılıb və digər qabaqlayıcı tədbirlər görülüb. Hazırda ərazidə sürüşmə müşahidə olunmur".
A.Nəcəfli əlavə edib ki, Bakı-Şamaxı yolunun 91-107-ci km-də bir neçə yerdə sürüşmə zonası var. Onların yenidən qurulması üçün həmin hissə tenderə çıxarılıb. Qeyd olunan ərazi də gələcəkdə genişləndiriləcək, 2 hərəkət yolundan 4 hərəkət yoluna keçiləcək.




Oxunub : 3949
DİGƏR XƏBƏRLƏR
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
13 Oktyabr 2026 20:30
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
13 Oktyabr 2026 18:15
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
13 Oktyabr 2026 18:11
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
13 Oktyabr 2026 17:41
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
13 Oktyabr 2026 15:11
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
13 Oktyabr 2026 14:30
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
13 Oktyabr 2026 14:11
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
13 Oktyabr 2026 12:00
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
13 Oktyabr 2026 11:30
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
13 Oktyabr 2026 11:00
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
13 Oktyabr 2026 08:33
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
ŞƏRH YAZ












