Sürücülərin NƏZƏRİNƏ: Bu yollar 3 gün bağlı qalacaq!

Bakının mərkəzi prospektlərindən biri - Səbail rayonu ərazisində yerləşən Neftçilər prospekti və Akademik Zərifə Əliyeva küçəsi 3 gün bağlı olacaq.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, həmin yollarda 12, 13 və 14 mart tarixlərində (bazar günündən çərşənbə axşamı daxil olmaqla) asfalt örtüyü dəyişdiriləcək, ona görə də atomobillərin hərəkəti üçün bağlanacaq:
"Bununla əlaqədar olaraq, Azneft dairəsindən Yusif Səfərov küçəsinə doğru (Cavanşir körpüsünə doğru) getmək istəyən sürücülər alternativ yoldan istifadə etməlidirlər”.
Alternativ yollar hansılardır?
Araz Əsgərli alternativ yolların xəritəsini təqdim edərək bildirib ki, Azneft dairəsindən yuxarı Niyazi küçəsi ilə sağa dönərək, İstiqlaliyyət küçəsi ilə (İçərişəhər m.), daha aşağı Mirzə Ələkbər Sabirin abidəsinə qədər, sonra sola, Azərbaycan prospektinə (Monolit və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin binasına doğru), daha sonra 5 mərtəbədən saga, Şəmsi Bədəlbəyli küçəsinə dönərək Azadlıq prospektinə çıxışla irəli 28 may metrostansiyası tərəfə çıxmaq mümkündür.
“Oradan Nizami küçəsi ilə kəsişmədən sola və Nizami küçəsi ilə düz Yusif Səfərov küçəsi ilə kəsişməyə qədər olan yollar alternativ yol hesab olunur.
Bunu nəzərə alaraq, sürücülərdən xahiş edirik ki, qeyd olunan ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər” – deyə A.Əsgərli bildirib.
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO










