Sürücülərin NƏZƏRİNƏ: İşıqforlar bu cür işləyə bilər...

Dünyada yol hərəkətinin daha səmərəli təşkili üçün müasir işıqfor texnologiyaları, sensorlu və süni intellektlə idarə olunan sistemlər geniş şəkildə tətbiq edilir. Bu sistemlər avtomobil sıxlığını real vaxtda təhlil edərək hərəkətə uyğun işıq rejimini tənzimləyir.
Maraqlıdır, Azərbaycanda belə sistemlərin tətbiqi mümkündürmü?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, Azərbaycanda hələlik süni intellektlə işləyən işıqfor sistemi tətbiq olunmur.
Hazırda mövcud olan Nəqliyyatın intellektual idarəetmə sistemi vasitəsilə pik saatlarda işıqforların işinə müdaxilə edilir.
“Əsas küçə və prospektlərdə “yaşıl axın” anlayışı tətbiq olunur. Daha çox avtomobil hərəkət edən istiqamətlərdə işıqforlarda yaşıl işıq daha uzunmüddətli yanır. Bu isə hərəkətin təşkilində mühüm rol oynayır. Süni intellektlə də eyni prosesləri həyata keçirmək mümkündür və yaxın gələcəkdə bu texnologiyaların Azərbaycanda tətbiqi gözlənilir”, – deyə ekspert vurğulayıb.
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Valideyni onu döydüyünə görə 200 manat cərimələnməsi uşağa necə təsir edəcək? – EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO










