Sürücülərin nəzərinə!

"Bakı Ağ Şəhər" layihəsi çərçivəsində Xaqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni yeraltı piyada keçidinin tikintisi işləri aparılır. Bu səbəbdən 4 aprel 2016-cı il tarixində səhər saatlarından etibarən sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək". Bunu Avtosfer.az-a "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. "Mərkəzdən Nobel prospektinə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri yalnız Neftçilər prospekti ilə Nobel prospektinin kəsişməsində yerləşən yeni Dənizkənarı avtomobil yolundan istifadə edərək Nobel prospekti boyunca hərəkətlərinə davam edə biləcəklər. Əks istiqamətdə, yəni Nobel prospektindən mərkəzə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri üçün müvəqqəti olaraq Xəqani Rüstəmov küçəsi ilə kəsişmədə mövcud yola paralel olaraq yeni yol hissəsi salınıb. Avtonəqliyyat vasitıələri həmin yeni yol hissəsindən istifadə edərək hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirəcəklər.
Nobel prospektinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsində sıxlığın yaranmaması üçün sürücülərdən tikinti işlərinin aparıldığı müddət ərzində öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri tövsiyyə olunur".
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












